Berni Ekklstoun: “Azərbaycan “Formula-1”in mərhələ yarışının keçirilməsinə tam hazırdır”



İtaliyanın "Corriere dello sport” idman qəzetinin saytında "Formula-1”in mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə "Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri Berni Ekklstounun Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ilə bağlı fikirləri yer alıb. Berni Ekklstoun deyib ki, bu mərhələ yarışının daha öncə Koreya Respublikasında keçirilməsi nəzərdə tutulsa da, yekun qərar tədbirin Azərbaycanda keçirilməsi olub. Bununla bağlı artıq Azərbaycan tərəfi ilə razılıq əldə edilib.
Berni Ekklstoun bildirib ki, Koreya Respublikasında "Formula-1”in mərhələ yarışının keçirilməsi üçün çox işlər görülüb. Lakin belə bir tədbirin lazımi səviyyədə təşkili üçün daha böyük infrastruktur tələb olunur. O deyib: "Bu baxımdan Azərbaycanın "Formula-1”in mərhələ yarışını təşkil etməyə tam hazır olduğunu demək mümkündür”.




Bu yazı

24870 dəfə oxunub

Tarix

2014-05-23 14:35:21

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev