Əfsanəvi idmançı dünyasını dəyişdi



Əfsanəvi idmançı, "Formula-1” yarışları üzrə üçqat dünya çempionu Cek Brebhem vəfat edib.
Brebhem uzun sürən xəstəlikdən sonra Avstraliyada yaşadığı evdə 88 yaşında dünyasını dəyişib. "Bu, bizim üçün çox kədərli xəbər oldu. Atam 88 yaşında vəfat etsə də, çox gümrah görünürdü və biz onu çox sevirdik”, - deyə idmançının oğlu bildirib.
Qeyd edək ki, Bredhem F-1 yarışlarında ilk dəfə 1955-ci ildə çıxış edib. 1959 və 60-cı ildə "Kuper” komandasının, 66-cı ildə isə özünün yaratdığı "Brebhem” komandasının tərkibində çempion olub.
Brebhem, həmçinin Britaniya İmperiyasının ordeni ilə də təltif olunub.


Bu yazı

13334 dəfə oxunub

Tarix

2014-05-23 14:39:05

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev