XXII Qış Olimpiadasının gəliri 9 milyard rubla yaxındır



Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarından gələn gəlirin məbləği 9 milyard rubla yaxındır. Bu barədə Soçi-2014 Olimpiya Oyunları Təşkilat Komitəsi xəbər verib. Bu məbləğ Pekin-2008 Yay Olimpiya Oyunları ilə müqayisədə çoxdur.
Əvvəllər də xəbər verdiyimiz kimi, olimpiadadan gələn gəlir Rusiyada idman və Olimpiya Hərəkatının inkişafı və tərəqqisinə sərf ediləcək. Belə ki, məbləğin böyük bir hissəsi ölkənin Milli Olimpiya və Paralimpiya Komitəsi üçün ayrılacaq. Gəlirin qalan hissəsi İdman Nazirliyinə, Krasnodar vilayətinin Bədən Tərbiyəsi və İdman Nazirliyinə və eləcə də Soçi şəhərinin inzibat idarəsinə veriləcək.


Bu yazı

9934 dəfə oxunub

Tarix

2014-06-24 17:44:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev