Soçi təcrübəsini Pxençanla bölüşəcək


Soçi-2014 Təşkilat Komitəsi Dmitri Çernışenkonun rəhbərliyi ilə Pxençanda keçirilən tədbirdə iştirak edir. Səfərdə məqsəd 2014-cü ildə Soçidə keçirilən XXII Qış Olimpiya və Paralimpiya Oyunlarının nəticələrinə yekun vurulması və əldə olunan təcrübənin növbəti qış Olimpiya oyunlarının paytaxtı Pxençana verilməsidir.
Qeyd edək ki, Cənubi Koreyada Olimpiya oyunları ilə bağlı keçirilən rəsmi tədbir 3 hissədən ibarətdir - texnoloji (25-27 iyun, 41-ci sessiya), Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyaları (29 iyun-2 iyul, 34 daxili sessiya) və Pxençan Olimpiya Oyunları Təşkilat Komitəsinin sessiyaları (4-5 iyul, 16 daxili sessiya). BOK-un rəsmi tədbirinin əsas hissəsini mövzu üzrə 19 sessiya təşkil edəcək.
Tədbirdə iştirak edən şort-trek üzrə Olimpiya çempionu Viktor An Soçi-2014 Olimpiadasının yüksək səviyyədə təşkilindən danışıb. "Soçi Oyunları yüksək təşkilatçılığa görə olimpiadanın tarixinə düşüb. Burada idmançılar üçün gözəl şərait yaradılmışdı və bu da onların fikirlərini məşqlərə və yarışa cəmləşdirməyə imkan yaradırdı”, - deyə o bildirib.


Bu yazı

6844 dəfə oxunub

Tarix

2014-07-01 16:16:39

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev