Motosikletçilər Lökbatanda güclərini sınayıblar



Lökbatan qəsəbəsində gənclər arasında 125 sm3, 250 sm3 həcmli motosikletlərdə motokross üzrə Bakı çempionatı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda Motosiklet İdman Federasiytasını (MİF) təmsil edən 22 nəfər idmançı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, 125 sm3 həcmli motosikletlərdə O.Quliyev I, N.Mustafayev II, İ.Bəşirov III yerə sahib olub. 250 sm3 həcmli motosikletlərdə isə V.Əhmədov ən yüksək pillədə qərarlaşıb. T.Valeri gümüş, Ş.Ağasıyev isə bürünc medala layiq görülüblər. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.


Bu yazı

11257 dəfə oxunub

Tarix

2014-08-12 15:14:39

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev