Dmitri Medvedyev: “İnanıram ki, ölkəmiz futbol çempionatını da yüksək səviyyədə keçirəcək”



Rusiyanın Baş naziri Dmitri Medvedyev ölkəsinin Soçi-2014 Qış Olimpiya Oyunlarında olduğu kimi, 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına da uğurla ev sahibliyi edəcəyinə əmin olduğunu deyib.
"Payızda FİFA-nın nümayəndələri ilk dəfə ölkəmizdə təftiş səfərində olacaqlar. Rusiyanın olimpiadanın təşkilində müəyyən təcrübəsi vardır və inanıram ki, ölkəmiz futbol çempionatını da yüksək səviyyədə keçirəcək.
Düzdür, milli komandanın çıxışı haqda söz demək mənə düşməz, amma ev sahibi kimi öhdəmizə düşən bütün vəzifələrin öhdəsindən ən yüksək səviyyədə gələcəyik”, - deyə o bildirib.


Bu yazı

26207 dəfə oxunub

Tarix

2014-08-12 17:12:47

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev