“Biz çempionata ciddi hazırlaşırdıq”



Rusiyanın üzgüçülük üzrə yığma komandasının baş məşqçisi Anatoli Juravlyov deyib ki, yığmanın üzvü Darya Ustinova Avropa çempionatını buraxa bilərmiş. Məşqçinin sözlərinə görə, Darya çempionat ərəfəsində xəstə imiş. "Biz çempionata ciddi hazırlaşırdıq. Lakin Daryanın burnunda problem var idi. Düşünürdüm ki, o, Avropa çempionatında iştirak edə bilməyəcək. Onun burnunda cərrahi əməliyyat aparmaq lazım idi. Hesab edirdim ki, bu cür əməliyyatdan sonra yetirməm çempionatda mübarizə apara bilməz. Lakin Darya ağrılara dözdü və Avropa çempionatında 200 metr məsafə üzrə yarışlarda bürünc medal qazandı. Yəqin ki, cərrahi əməliyyat bir müddət sonra həyata keçiriləcək”, - deyə Juravlyov bildirib.
Qeyd edək ki, Avropa çempionatı İsveçrədə keçirilir.


Bu yazı

31314 dəfə oxunub

Tarix

2014-08-22 15:27:55

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev