Oslo olimpiadaya ev sahibliyindən imtina etdi



Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2022-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizədə növbəti mərhələdən keçən namizəd şəhərlərin adını açıqlayıb. Siyahıda Almatı (Qazaxıstan), Pekin (Çin) və Oslo (Norveç) şəhərlərinin adı yer alıb. Lakin Oslo gözlənilmədən ev sahibliyi uğrunda mübarizədən imtina edib.
Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Norveçi bu addımı atmağa vadar edən səbəb adıçəkilən şəhərin maliyyə problemi ilə bağlıdır. Maraqlıdır ki, Oslodan əvvəl Stokholm (İsveç), Krakov (Polşa), Lvov (Ukrayna) Olimpiada-2022-dən imtina etmişdilər.
Qeyd edək ki, 2022-ci ildə keçiriləcək XXIV Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək qalib şəhərin adı 2015-ci ilin yayında Malayziyada elan olunacaq.
Xatırladaq ki, 2016-ci ildə təşkil ediləcək qış Olimpiya oyunlarına Pxençxan (Cənubi Koreya) ev sahibliyi edəcək.


Bu yazı

14892 dəfə oxunub

Tarix

2014-10-03 12:36:58

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev