Qa­dın bo­di­bil­din­qi nədir - gö­zəl­lik, yoxsa kobudluq?


Hazırda dünyada bütün idman növləri sürətlə inkişaf edir. Bu idman növlərinin arasında bütün dünyada populyar olan bodibildinq də xüsusi yer tutur. Dünyanın əksər ölkələrində bu idman növü ilə həm kişilər, həm də qadınlar məşğul olur. Əlbəttə, həm kişilər, həm də qadınlar hər hansı bir idman növü ilə məşğul olmaq üçün öz seçimlərində azaddırlar. Müasir zamanda öz sağlamlığına və cazibədar xarici görnüşünə biganə qalmayan qadınlar da bəzən bodibildinqə böyük maraq göstərirlər. Lakin zərif cinsin nümayəndələrinin bu idman növünə maraq göstərməsi heç də birmənalı qarşılanmır. Qadın bədəni öz incəliyini qorumalıdır. Çünki bodibildinq bədəni bərkidir və qadının həddən artıq əzəələli bədəni sanki ona kobud görkəm verir. Bu da yuxarıda qeyd etdiyimiz kimi cəmiyyətdə heç də birmənalı qarşılanmır. Beləliklə, qadın bodibildinqi haqqında bəzi məlumatları çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq.

Gör­kə­mi­ni də­yiş­mək ar­zu­sun­da ol­ma­yan qa­dın­la­ra rast gəl­mək çox çə­tin­di. Əl­bət­tə ki, söh­bət, ilk növ­bə­də ar­tıq çəkidən azad olmaqdan gedir. Əf­sus ki, eh­ti­yat­sız­lı­ğın əvə­zi­ni hər­dən sağ­lam­lıq­la da ödə­mə­li olu­ruq. Qadınlar bəzən artıq çəkidən qurtarmaq üçün bodibildinqə üz tuturlar. Lakin bu işdə mü­ba­hi­sə­li məqam var. Qa­dın bo­di­bil­din­qi nədir - gö­zəl­lik, yoxsa kobudluq?
Əv­vəlcə bo­di­bil­din­qin nə de­mək ol­du­ğu­nu an­la­maq la­zım­dır. Ümu­mi tə­rif bu cür səs­lə­nə bi­lər: bo­di­bil­dinq (kul­tu­rizm) in­sa­nın əzə­lə küt­lə­si­nin mü­kəm­məl­ləş­mə­si­nə və in­ki­şa­fı­na yö­nəl­dil­miş yük­sək ener­ji təc­hi­zi ilə bağ­lı olan id­man məş­ğə­lə­lə­rin­dən iba­rət­dir. "Qa­dın bo­di­bil­din­qi - gö­zəl­lik, yoxsa çir­kin­lik?" sua­lı­nı tam işıq­lan­dır­maq üçün aşa­ğı­dakılara diqqət yetirmək lazımdır.

Qa­dın bo­di­bil­din­qi­nin üs­tün­ cəhətləri:
- Mak­si­mal qı­sa müd­də­tə ar­tıq çəkidən azad ol­ma;
- Əzə­lə küt­lə­si­nin lo­kal yol­la tək­mil­ləş­di­ril­mə­si­lə uy­ğun bə­dən for­ma­sı əl­də et­mək;
- Or­qa­nizm­də me­ta­bo­lizm pro­se­si­ni sü­rət­lən­dir­mək;
- Qa­dın bo­di­bil­din­qi­nin nöq­san­la­rı;
- Xey­li vaxt və güc alan həd­dən ar­tıq fi­zi­ki yük;
- Ürək-da­mar fəa­liy­yə­ti poz­ğun­lu­ğu və hi­per­to­nik tut­ma­la­ra meyl­li­lik za­ma­nı məş­ğə­lə­lə­rə əks təsirlərin ol­ma­sı;
- Əzə­lə küt­lə­si­nin tez bir za­man­da güc­lən­di­ril­mə­si.

Bu məsələdə əsas prob­lem yük­sək fi­zi­ki yü­kə və kar­bo­hid­ro­gen-zü­lal əsas­lı qi­da­la­rın yük­sək sər­fi­nə əsas­la­na­raq əzə­lə küt­lə­si­nin nə­za­rət­siz qay­da­da art­ma­sı­dır. Bu­nun­la be­lə, söh­bət böl­gü­lü qi­da­lan­ma­dan ge­dir: məş­qə qə­dər kar­bo­hidt­rat­lar, məşq­dən son­ra zü­lal. Güc tə­ləb olu­nan iş­lər­də bu cür bölgüdən im­ti­na et­mək or­qa­niz­min nor­mal işi­ni­n po­zul­ma­sı­na sə­bəb ola bi­lər. Ona gö­rə də, "qa­dın bo­di­bil­din­qi - gö­zəl­lik, yoxsa kobudluq?" sua­lı yeni bir sual ortaya çıxarır: qa­dın bə­də­nin­də əzələ gö­zəl gö­rü­nür­mü?
Qərbdə qa­dın kul­tu­riz­mi hə­lə ötən əs­rin or­ta­la­rın­dan tət­biq edil­mə­yə baş­la­yıb
Qadınların bir çoxu bə­dən qu­ru­lu­şu­nu bodibildinqlə «nizamlamağa» tən­qi­di ya­na­şırlar. Bə­zi­lə­ri şey­pinq­lə, ya­xud da step-ay­ro­bi­ka ilə məş­ğul olur, di­gər­lə­ri isə qa­çı­şa üs­tün­lük ve­rirlər. Ən cə­sa­rət­li­lər bo­di­bil­dinq­lə məş­ğul ol­ma­ğa baş­la­yır­lar.
Bo­di­bil­dinq 90-cı il­lə­rin əv­vəl­lə­rin­dən ge­niş ya­yıl­ma­ğa baş­la­yıb. Qa­dın­lar bo­di­bil­din­qi uzun za­man an­caq ki­şi­lə­rə aid məş­ğə­lə ki­mi qə­bul edir­di­lər, la­kin vaxt keç­dik­cə öz­lə­ri də maraq göstərməyə baş­la­dı­lar. Qərbdə qa­dın kul­tu­riz­mi hə­lə ötən əs­rin or­ta­la­rın­dan tət­biq edil­mə­yə baş­la­yıb. Qa­dın bo­di­bil­din­qi ilə bağ­lı fo­to­lar ötən əs­rin 50-ci il­lə­rin­də "İron Man" və "Strength and He­alth" ki­mi jur­nal­lar­da nəşr edil­miş­di. Qız­lar 1975-ci il­də ilk qa­dın kul­tu­ris­t Layz La­yo­nun fo­to­su jur­nal­lar­da dərc edil­di­yi vaxt­lar bodibildinqi təc­rü­bə­dən ke­çir­mə­yə baş­la­dı­lar. Hə­min vaxt Layz yüksək əzə­lə küt­lə­si­nə ma­lik de­yil­di, bu­na bax­ma­ya­raq, onun şəkillərinin yayılması həm mən­fi, həm də müs­bət rəylərə sə­bəb ol­du.
Qa­dın bo­di­bil­din­qi əzə­lə­lə­ri müt­ləq şə­kil­də gücləndirir. Buna görə də, çə­ki ilə bağ­lı prob­le­mi olan ək­sər qız­lar bo­di­bil­dinq­lə məş­ğul ol­ma­ğa baş­la­dı­lar və vaxt keç­dik­cə gö­zəl bə­dən qu­ru­lu­şu­na ma­lik ol­du­lar.
Bo­di­bil­dinq­lə həddindən artıq məş­ğul olan qa­dın­lar əzə­lə­lə­ri­ni güc­lən­di­rən za­man, or­qa­niz­min yağ eh­ti­ya­tı bi­tir, on­lar isə bə­də­ni yük­lə­mək­də da­vam edir­lər. Bu zaman orqanizm pozulmağa doğru gedir.


Hər şey qa­dı­nın öz əlindədir
Uzun il­lər ər­zin­də qa­dın­la­rın ide­al bə­dən qu­ru­lu­şu bardə müxtəlif fikirlər səsləndirilib. 19-cu əsr­də kök qa­dın bə­dən qu­ru­lu­şu ideal sayılırdı. 21-ci əs­rin əv­və­lin­də isə arıq bə­dən qu­ru­lu­şu diqqətləri daha çox cəlb edir. Bu gün id­man­çı­la­ra ma­lik bə­dən qu­ru­luş­lu qız­la­ra üs­tün­lük ve­rilir. Bo­di­bil­dinq­lə məş­ğul olan qız­lar ilk baxışdan çox gö­zəl gö­rü­nür­lər. La­kin bu cür bə­dən qu­ru­lu­şu ana­dan­gəl­mə ol­mur: belə bədən quruluşuna malik olmaq üçün uzun müd­dət və səy­lə ça­lış­maq la­zım­dır. Qi­da­lan­ma­ya nə­za­rət et­mək, mün­tə­zəm şə­kil­də fitneslə məşğul olmaq çox vacibdir.

Hər şey qa­dı­nın öz əlindədir. Ək­sər qa­dın­lar üçün həf­tə­də bir ne­çə də­fə fitnes za­lına get­mək və tre­na­jo­run pe­da­lı­nı fır­lat­maq ki­fa­yət e­dir. Bə­zi­lə­ri üçün isə bu, ki­fa­yət et­mir, on­lar tez-tez za­la baş çək­mə­li və təd­ri­cən yük­lə­ri­ni ar­tır­ma­lı olur­lar. Son­ra isə bu, sis­tem şək­li­ni alır və qız­lar zala getməyəndə öz­lə­ri­ni na­ra­hat hiss et­mə­yə baş­la­yır­lar. La­kin bu, cid­di şə­kil­də bo­di­bil­dinq­lə məş­ğul ol­ma­ğa baş­la­yan is­tə­ni­lən qı­zın nə­zə­rə­çar­pa­caq nə­ti­cə­lə­rə na­il ola bi­lə­cə­yi demək deyil.
Ki­şi və qa­dın­ bo­di­bil­dinqin­də fər­q
Ək­sər ki­şi­lər bo­di­bil­din­qə o qə­dər pə­rəs­tiş edir­lər ki, sa­də­cə, əl­də et­dik­lə­ri nə­ti­cə üzə­rin­də da­ya­na bil­mir­lər. Son­ra məşq pro­se­sin­də elə mə­qam ye­ti­şir ki, qar­şı­ya qo­yu­lan han­sı­sa məq­sə­də na­il ol­maq çə­tin olur və ste­ro­id­lə­rə üstünlük verilir. Ey­ni şey qa­dın­lar­da da baş ve­rir. Yal­nız fərq on­da­dır ki, qa­dın­lar üçün cid­di nə­ti­cə­lə­rə na­il ol­maq daha çə­tin­dir. Qa­dın­la­rın qa­nın­da tes­tos­te­ro­nun sə­viy­yə­si ki­şi­lər­lə mü­qa­yi­sə­də 25 də­fə az­dır. Şübhəsiz, qa­dın­lar da məşq­lər­ə ki­şi­lər qə­dər vaxt sərf et­sələr, da­ha güc­lü ola­caqlar, la­kin əzə­lə­lə­ri mü­qa­yi­sə et­mək müm­kün de­yil. Əzə­lə­lə­ri bö­yüt­mək üçün bö­yük çə­ki ilə iş­lə­mək la­zım­dır. Həm ki­şi­lər, həm də qa­dın­lar ey­ni məş­ğə­lə­ni ye­ri­nə ye­ti­rə bi­lər­lər, hət­ta yük­lə­ri də ey­ni ola bi­lər. Bə­dən­lə­rin­də ge­dən kim­yə­vi pro­ses­lər isə fərq­lə­nir. Be­lə olan hal­da da qa­dın əzə­lə­lə­ri həc­mi­nə gö­rə ki­şi əzə­lə­lə­rin­dən ge­ri qa­la­caq.

Bo­di­bil­din­qə ge­dən qa­dı­nın ilk ad­dım­la­rı
"Də­mir"i ələ al­maz­dan ön­cə bə­zi mə­qam­la­rı yax­şı yad­da sax­la­maq la­zım­dır:
* tə­ləs­mə­dən baş­la­yın, bö­yük yük­lər­dən is­ti­fa­də et­mə­yin, səbr­li olun:
* bə­də­ni­ni­zin yük­lə­rə ne­cə re­ak­si­ya ver­di­yi­ni hiss edin:
* məşq edər­kən nə­yi və ne­cə et­di­yi­ni­zi yadda saxlayın:
ağır­lı­ğı ar­tır­maq­da tə­ləs­məyin:
* əv­vəl­cə düz­gün nə­fəs al­ma­ğı öy­rən­in, əsas tap­şı­rıq­la­rı mə­nim­sə­yin və on­la­rı düz­gün ye­ri­nə ye­tir­mə­yə çalışın:
* təd­ri­cən ye­ni məş­ğə­lə­lərə başlayın:
* əli­ni­zin və­ziy­yə­ti­ni diq­qət­lə iz­lə­yin:
* məş­ğə­lə­lə­rə tre­na­jor­lar­dan baş­la­yın, on­la­rın kö­mə­yi ilə əsas tex­ni­ka­nı mə­nim­sə­mək asan­dır.

Hər bir iş­də həddi aşmaq 
la­zım ­deyil
Za­la ilk də­fə gə­lən­də ya­nı­nız­da dər­hal say­sız-he­sab­sız "məşq­çi­lər" pey­da ola­caq, si­zə tər tö­kə­nə qə­dər məşq etməyə və məşq­dən son­ra pro­te­in­li qi­da ye­mə­yi məs­lə­hət et­mə­yə baş­la­ya­caqlar. Lakin ilk məşq­dən özü­nüzü yor­maq müt­ləq de­yil. Onu bilin ki, əsas yü­kün miq­da­rı de­yil, onun düz­gün bölünməsidir. Alim­lə­rin sü­but et­di­yi ki­mi, qa­dın üçün məşq pro­se­sin­də­ki or­ta yük fi­zi­ki im­kan dai­rə­sin­də yü­kün nə­ti­cə­si ilə bə­ra­bər tu­tu­lur.
Məşq üçün ən op­ti­mal vaxt gün­düz sa­at 3-dən 4-ə ki­mi­dir. Məş­qin da­va­met­mə müd­də­ti həf­tə­də 2-3 də­fə­dən çox ol­ma­maq şər­ti ilə 40-45 də­qi­qə nəzərdə tutulur. Ağır güc sərf olu­nan məşq­lər­dən son­ra bə­də­nin bər­pa­sı üçün 1-2 gün la­zım­dır. Cid­di şə­kil­də məşq­lə­rin nə­ti­cə­lə­ri ar­tıq bir ne­çə ay­dan son­ra hiss olu­na­caq. Əgər məş­ğə­lə­lər­də həf­tə­dən çox fa­si­lə olub­sa, ye­ni­dən fiziki for­ma top­la­ma­lı ola­caq­sınız. Ək­sər mü­tə­xəs­sis­lər güc sər­fi ilə mü­şa­yi­ət olu­nan yük­lə­ri üz­gü­çü­lük, ae­ro­bi­ka, şey­pinq və ya qa­çışla uy­ğun­laş­dır­ma­ğı məs­lə­hət görürlər. Bir-bi­ri­ni əvəz edən yük­lər əzə­lə­lə­rin işi­nə müs­bət tə­sir edir. Bununla belə eh­ti­yat­lı olun. Unutmayın ki, qa­dın bo­di­bil­din­qi səh­vi ba­ğış­la­mır. Hər bir iş­də həddi aşmaq la­zım ­deyil. Qa­dın bo­di­bil­din­qi gö­zəl­lik və çir­kin­liyin bir arada yer almasına bənzəyir. İs­tə­ni­lən qı­z bodibildinqlə olan həvəsini aradan qaldırmaq üçün bodibildinqçi qadınların şəklinə nəzər salsın. Təkcə bu kifayətdir ki, gənc, cazibəli qız öz bədənini «dəmir» kimi etməkdən əl çəksin.

Hazırladı:
Leyla Əsədova








Bu yazı

123121 dəfə oxunub

Tarix

2014-11-05 13:07:45

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook