Ölkə çempionatında şərikli liderlik



Yanvarın 16-da "Central Park Hotel”də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı start götürüb. İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışda 20 zəka sahibi qalib adı uğrunda mübarizə aparır.
Artıq yarışda 3-cü turun oyunları başa çatıb. 3 turdan sonra Nərmin Kazımova və Pərvanə İsmayılova hərəyə 3 xal toplayaraq çempionata liderlik edirlər. Ülviyyə Fətəliyeva və Türkan Həsənova isə liderlərdən yarım xal az toplayaraq, 2,5 xalla 3-4-cü yerləri bölüşdürürlər. Çempionatın favoriti hesab olunan Gülnar Məmmədova 3 turdan sonra aktivinə 2 xal yazaraq 5-ci pillədə qərarlaşıb. Onunla eyni xal toplayan Zeynəb Məmmədyarova isə 6-cı pillədədir.
Məlumat üçün bildirək ki, çempionatda I-III yerləri tutan şahmatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar. Həmçinin ilk "üçlük”də yer alan zəka sahibləri bu il təşkil olunacaq şəxsi Avropa çempionatına vəsiqə əldə edəcəklər.
Ümumi mükafat fondu 2500 AZN təşkil edən çempionata yanvarın 25-də yekun vurulacaq.


Bu yazı

9099 dəfə oxunub

Tarix

2015-01-21 10:19:21

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev