“Moskva Open 2015” beynəlxalq şahmat festivalında mübarizə davam edir



Moskvada keçirilən ənənəvi "Moskva Open 2015” beynəlxalq şahmat festivalında altıncı turun oyunları yekunlaşıb. "A” qrupunda mübarizə aparan Rauf Məmmədov altıncı turda yerli Ernesto İnarkiev ilə heç-heçə edib. R.Məmmədov 5 xalla 3-8-ci yerləri bölüşür.

Ülvi Sadıqov və Ülvi Bacarani 3, Niyazi Nağdıyev və Rasim Əliyev 2,5 xal, Rəvan Əliyev isə 2 xal toplayıblar. Qadınların mübarizəsində isə Səbinə İbrahimova Polina Şuvalova, Aydan Höcətova isə Yevgeniya Ovod üzərində qələbə qazanıblar. Şahmatçılarımız 5 xalla liderlər sırasındadırlar.

Tələbələrin turnirində mübarizə aparan Günay Məmmədzadə isə aktivinə 3 xal yazaraq altıncı pillədə qərarlaşıb. Uşaqların yarışında isə Altay Eynullayev və Aydın Süleymanlı 3,5, Aslan Sadiqli və Məhəmməd Muradlı isə 3 xal toplayıblar.

Şahmat festivalı fevralın 8-də başa çatacaq.



Bu yazı

7946 dəfə oxunub

Tarix

2015-02-07 14:22:20

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev