Qran-pri turnirinin yeni seriyasında ən güclü şahmatçılar iştirak edəcəklər


Ən güclü şahmatçıların iştirakı ilə Qran-pri turnirinin yeni seriyası keçiriləcək. Seriyanın "Golden League” adlandırılacağı güman olunur. Stavanger (Norveç), Sent-Luis (ABŞ) və London (Böyük Britaniya) turnirləri bu seriyaya daxil ediləcək. Qran-pri yarışlarının dördüncü mərhələsinin Cakartada (İndoneziya) təşkil edilməsi planlaşdırılır. Dairəvi sistem üzrə keçiriləcək bütün yarışlarda 10 zəka sahibi iştirak edəcək. Təklif olunan ideyaya görə, turnir reytinq siyahısına əsasən doqquz aparıcı qrossmeyster və təşkilatçı ölkənin bir iştirakçısından ibarət olacaq.
Qeyd edək ki, Qran-pri turnirinin yeni seriyasının təşkilatçısı, Bakı şahmat məktəbinin yetirməsi Harri Kasparovdur.


Bu yazı

8273 dəfə oxunub

Tarix

2015-02-10 17:25:29

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev