Qara fiqurlar şahmatçımız üçün düşərli oldu



Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən şahmat üzrə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-pri seriyasının 3-cü mərhələsi davam edir.
Xəbər verdiyimiz kimi, Azərbaycanı turnirdə qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Təmsilçilərimiz biri-biri ilə qarşılaşacaq, həm də Aleksandr Qrişuk (Rusiya), Aniş Qri (Hollandiya), Maksim Vaşye-Laqrav (Fransa), Lenyer Dominges (Kuba), Pyotr Svidler (Rusiya), Dmitri Andreykin (Rusiya), Dmitri Yakovenko (Rusiya), Rüstəm Qasımcanov (Özbəkistan), Baadur Cobava (Gürcüstan) və Yevgeni Tomaşevski (Rusiya) kimi rəqibləri ilə yarışacaqlar.
Artıq yarışda 4 turun nəticələri məlumdur. İlk turda qələbə qazanan Şəhriyar Məmmədyarov növbəti görüşdə bu uğuru təkralaya bilməyib. İlk turda fransalı Maksim Vaşye-Laqrava qalib gələn şahmatçımız özbəkistanlı Rüstəm Qasımcanova uduzub. Yığmamızın digər lideri Teymur Rəcəbov isə yenə də rəqibi ilə xal bölgüsünə razılaşıb. O, kubalı Lenyer Domingesdən sonra ev sahibi kimi yarışa qatılan Baadur Cobava ilə "sülh” bağlayıb. İkinci turda məğlubiyyətlə üzləşən Şəhriyar üçün qara fiqurlar düşərli olub. Təmsilçimiz rusiyalı Dmitri Andreykinin "şah”ını "mat” edib. Bu turda Teymur Rəcəbov Pyotr Svidlerlə (Rusiya) heç-heçə oynayıb.
4-cü turda Şəhriyar Məmmədyarov rusiyalı Yevgeni Tomaşevski ilə üz-üzə gəlib. Lakin bu dəfə qələbə rəqibin tərəfində olub. Şəhriyardan bir xal almağı bacaran Yevgeni turnir cədvəlində liderliyə yüksəlib - 3,5. Teymur Rəcəbov isə bu dəfə Dmitri Yakovenko ilə qarşılaşmadan yarım xalla ayrılıb.


Tbilisi Qran-prisinin nəticələri:
2-ci tur
Aleksandr Qrişuk (Rusiya) - Dmitri Andreykin (Rusiya) - 0,5:0,5
Dmitri Yakovenko (Rusiya) - Yevgeni Tomaşevski (Rusiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rüstəm Qasımcanov (Özbəkistan) - 0:1
Aniş Qiri (Hollandiya) - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Baadur Cobava - (Gürcüstan) - 0,5:0,5
Lenyer Dominges (Kuba) - Pyotr Svidler (Rusiya) - 0,5:0,5


3-cü tur
Yevgeni Tomaşevski (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0
Rüstəm Qasımcanov (Özbəkistan) - Aniş Qiri (Hollandiya) - 0,5:0,5
Dmitri Andreykin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:1
Pyotr Svidler (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Baadur Cobava (Gürcüstan) - Dmitri Yakovenko (Rusiya) - 0:1
Maksim Vaşye-Laqrav (Fransa) - Lenyer Dominqes (Kuba) - 0,5:0,5


4-cu tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Yevgeni Tomaşevski (Rusiya) - 0:1
Aleksandr Qrişuk (Rusiya) - Baadur Jobava (Gürcüstan) - 1:0
Teymur Rəcəbov (Azərbaycan) - Dmitri Yakovenko (Rusiya) - 0,5:0,5
Aniş Qiri (Hollandiya) - Dmitri Andreykin (Rusiya) - 0,5:0,5
Lenyer Dominges (Kuba) - Rüstəm Qasımcanov (Özbəkistan) - 0,5:0,5
Pyotr Svidler (Rusiya) - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5

4 turdan sonra turnir cədvəli
1. Tomaşevski - 3,5 xal; 2-4. Qrişuk, Qiri, Yakovenko - 2,5 xal; 5-8. Məmədyarov, Qasımcanov, Rəcəbov, Dominges - 2 xal; 9-11. Andreykin, Vaşye-Laqrav, Svidler - 1,5 xal; 12. Cobava - 0,5 xal.








Bu yazı

8675 dəfə oxunub

Tarix

2015-02-20 11:08:44

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev