“Xəzər Open” turnirindən bürünc medal



İranın Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq "Xəzər Open” şahmat festivalı başa çatıb. Turnirdə 15 ölkədən 321 zəka sahibi qələbə uğrunda mübarizə aparıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarış - A ,B ,C və D qrupları üzrə keçirilib. Ölkəmizi bu turnirdə müxtəlif qruplarda 60 zəka sahibi təmsil edib. A turnirində mübarizə aparan təmsilçilərimizdən Azər Mirzəyev sonucu turda rəqibi üzərində qələbə qazanaraq 7 xalla turnirin bürünc mükafatçısı olub. Bu qrupda mübarizə aparan digər təmsilçilərimiz Ramil Əlləcov və Qulam Məmmədov hərəyə 6 xal toplayaraq 9-15-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə R.Əlləcov 14-cü, Q.Məmmədov isə 15-ci yerin sahibi olub. Nərmin Kazımova isə aktivinə 5,5 xal yazaraq turniri 23-cü pillədə başa vurub. Misrətdin İsgəndərov 5 xal, Rəşad Zeynallı 4,5 xal və Zaur Bayramov 4 xal toplayıb. Turnirin qalibi isə aktivinə 8 xal yazan Polşa şahmatçısı Yacek Stopa olub.
B qrupunda mübarizə aparan həmyerlimiz Mirmusa Feyziyev axırıncı turda yerli şahmatçı Behtaş Salimifarda məğlub olaraq birinci olmaq şansını itirib. Beləliklə, Mirmusa Feyziyev 9 oyundan 7 xal toplayaraq 6-cı yerlə kifayətlənib. Vəli Zeynalzadə 6,5 xalla 14-cü, Murad İbrahimli 6 xalla 25-ci olub. Eyni xala malik olan Vüqar Manafov isə 29-cu yeri tutub.
C qrupunda iştirak edən şahmatçılarımızdan Xatun Bağırova aktivinə 5,5 xal yazaraq 9-cu yerə çıxıb. Ləman Hüseynova 12-ci, Aytac Heydərova isə 13-cü pillədə qərarlaşıb.


Bu yazı

7574 dəfə oxunub

Tarix

2015-02-20 14:38:20

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev