Lənkəranda şahmat üzrə respublika birinciliyinin zona turniri keçirilir



Lənkəranda uşaq-gənclər şahmat məktəblərinin komandaları arasında respublika birinciliyinin zona yarışlarına start verilib. Lənkəran şəhər şahmat məktəbində keçirilən yarışlarda 12 komandanı təmsil edən 72 gənc zəka sahibi mübarizə aparır. Zona birinciliyində cənub bölgəsinin rayonları ilə yanaşı, Bakı şəhərinin 2 komandası da iştirak edir. Bir həftə davam edəcək yarışlar Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən dairəvi sistem üzrə keçirilir. On bir turdan ibarət zona mərhələsində hər komandada 6 oğlan, 2 qız şahmatçı yarışır.
Məlumat üçün qeyd edək ki, zona birinciliyində birinci və ikinci yerləri tutan komandalar finalda iştirak etmək hüququ qazanacaq.


Bu yazı

9053 dəfə oxunub

Tarix

2015-02-20 17:25:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev