“Aeroflot Open - 2015” beynəlxalq şahmat festivalı davam edir



Rusiyanın paytaxtı Moskva şəhərində şahmat üzrə ənənəvi "Aeroflot Open-2015” turniri keçirilir. 13 ölkədən 310 zəka sahibinin iştirak etdiyi yarışda azərbaycanlı qrossmeysterlər də yer alıblar. 9 turdan ibarət olan şahmat festivalında yarışlar 3 qrup (A-güclülər, B-əmsalı 2550-dən az olanlar və C-həvəskarlar) üzrə təşkil olunub.
Ölkəmizi bu yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov (A-turniri), Namiq Quliyev, Orxan Abdulov, Gülnar Məmmədova, Günay Məmmədzadə, Nərmin Kazımova, Abdulla Qədimbəyli (B-turniri), Qulam Məmmədov, Teymur Salayev, Cavidan Qurbanzadə və Fərid Mustafayev (C-turniri) təmsil edirlər.
A qrupunda 59 beynəlxalq qrossmeyster daxil olmaqla 72 zəka sahibi öz qüvvəsini sinayır. Turnirin favoriti sayılan Şəhriyar Məmmədyarov İlk tura qələbə ilə başlasada, 2-ci turda yerli şahmatçı İldar Xismatullinə məğlub olub. Bu qrupda mübarizə aparan digər təmsilçimiz Rauf Məmmədov isə 1-ci turda Mixail Mozarovla heç-heçə edib. Rauf 2-ci turda almaniyalı Denis Vaqner üzərində qələbə qazanıb.
B turnirində mübarizə aparan təmsilçilərimizdən Orxan Abdulov ilk turda Aleksandr Qavrilov üzərində qələbə qazanıb. 2-ci turda isə Mert Yılmazyerli ilə xalları yarı bölüb. Namiq Quliyev hər iki turda rəqibləri ilə sülh bağlayıb. Birinci turda məğlub olan Günay Məmmədzadə, 2-ci turda Qazaxıstan təmsilçisi Mamirbay Asadlidən üstün olub.
C turnirində mübarizə aparan həmyerlilərimizdən, Qulam Məmmədov və Teymur Salayev 1 xal, Fərid Mustafayev və Cavidan Qurbanzadə isə yarım xal toplayıblar.
Beləliklə, 2 turdan sonra Rauf Məmmədov və Orxan Abdulov 1,5 xal, Şəhriyar Məmmədyarov, Namiq Quliyev və Günay Məmmədzadə 1 xal toplayıblar. Gülnar Məmmədova, Nərmin Kazımova və Abdulla Qədimbəyli isə, hələlik aktivlərinə xal yaza bilməyiblər.
"Aeroflot Open 2015” beynəlxalq şahmat festivalına aprelin 4-də yekun vurulacaq.



Bu yazı

10476 dəfə oxunub

Tarix

2015-03-31 10:20:24

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev