Şamaxıda şahmat üzrə Novruz turniri keçirilib


Şamaxı rayon Uşaq-Gənclər Şahmat Məktəbində "Novruz turniri” adı altında məktəbli şahmatçılar arasında şəhər birinciliyi keçirilib. Maraqlı idman mübarizəsində keçən turnirdə 98 şahmatçı mübarizə aparıb. Oğlan və qız şahmatçıların iştirak etdiyi turnir 6 yaş qrupunda keçirilib. 9 turdan 8,5 xal toplayan Şamaxı Avropa liseyinin VII sinif şagirdi Asim Sərxanov turnirin qalibi olub.
6 yaşınadək oğlanlar arasında mübarizə aparan Əli Baloğlanov 5,5 xal toplayaraq birinci yeri tutub və III dərəcə normasını yerinə yetirib. Müxtəlif yaş qrupları üzrə keçirilən yarışlarda Nadir Babayev, Cəlil Əliyev, Ceyhun Aslanov, Ramazan Məcidov, Gülməmməd Xəlilli bütün rəqiblərini qabaqlayaraq şəhər çempionu adına layiq görülüblər.
Qızlar arasında müvafiq yaş qruplarında şəhər 2 saylı tam orta məktəbin şagirdləri Gülnar Gülməmmədova, Vüsalə Dəmirova, Şamaxı Avropa liseyinin şagirdləri Firəngiz Babayeva, Fəridə Rəhimova və İzzət Ağayeva bütün rəqiblərini qabaqlayıblar.
Qaliblər diplomlar və mükafatlarla təltif olunublar.
Turnir təsnifat xarakterli olduğundan şahmatçılara müvafiq idman dərəcələri də verilib.
Xatırladım ki, fevralın 14 -22-də Balakən rayonunda şahmat məktəbləri komandalarının respublika çempionatının zona turnirində də Şamaxı şahmatçıları uğurla yarışmışdılar. 9 saylı tam orta məktəbin VI sinif şagirdi Ramazan Məcidov 9 oyundan 8,5 xal toplayaraq birinci yeri tutmuşdu. Digər şahmatçımız Asim Sərxanov isə 7,5 xal toplayaraq ikinci yerə çıxmışdı. Şahmatçılarımız fevralın 26-dan martın 6-dək Ağcabədi rayonunda Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə də inamla yarışmışdılar. Bu turnirdə iki şahmatçımız gümüş medala layiq görülmüşdü.



Bu yazı

27786 dəfə oxunub

Tarix

2015-03-31 10:42:26

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev