Daha bir idmançımız olimpiadaya vəziqə qazanıb



Azərbaycan idmançıları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək yay Olimpiya oyunlarına daha bir lisenziya qazanıb. Təmsilçimiz Hanna Skidan mötəbər yarışda çıxış etmək hüququ əldə edib.
23 yaşlı xanım idmançımız atletikanın çəkicatma növündə Olimpiya lisenziyasına sahib çıxıb. Hanna buna Moldovanın açıq çempionatında nail olub. O, çəkici 72,31 metr məsafəyə atmaqla olimpiya normativini yerinə yetirib.
Moldovada 2-ci olan Skidan Braziliyada çıxış etmək üçün lisenziya qazanan 3-cü idmançımız olub. Bunadək digər atletimiz, kişilərin çəkicatma yarışında uğur qazanan Dmitri Marşin və boksçu Albert Səlimov (60 kq) lisenziya əldə edib.
Qeyd edək ki, idmançımız London-2012 Yay Olimpiadasında da çıxış edib.



Bu yazı

13842 dəfə oxunub

Tarix

2015-07-02 12:55:01

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev