Akulanın hücumuna məruz qalan dünya çempionu ölümdən qurtulub



Sörfinq üzrə 3 qat dünya çempionu Maykl Fenninq akula hücumuna məruz qaldıqdan 6 gün sonra yenidən məşqlərə başlayıb. Bu barədə M.Fenninq şəxsi "twitter" səhifəsində yazıb.
"Qayıdışımdan sonra ilk məşqlərə başladım. Özümü yaxşı hiss edirəm" -deyə 34 yaşlı idmançı bildirib.
Qeyd edək ki, Maykl Fenninq Cənubi Afrika Respublikasında keçirilmiş turnir zamanı akulanın hücumuna məruz qalıb. Vəhşi heyvan idmançıya arxadan hücum edib. Cəld tərpənən avstraliyalı yardım gələnədək qurtula bilib.



Bu yazı

13566 dəfə oxunub

Tarix

2015-07-27 14:16:25

Yazını

Çap et

Yazını

Paylaş