Milli Oimpiya Komitəsində mətbuat konfransı keçirildi




Avqustun 5-də Milli Olimpiya Komitəsində atlet Nazim Babayevin İsveçin Eskilstuna şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində əldə etdiyi nəticəyə həsr olunmuş mətbuat konfransı keçirildi.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, federasiyanın məşqçiləri, media nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçılarını salamlayan Çingiz Hüseynzadə Azərbaycanda idmanın sürətli inkişafından, Avropa Oyunlarında qazanılan nailiyyətlərdən, həmçinin Nazim Babayevin uğurundan söhbət açdı. Sonra veteran atlet Tofiq Karayev, Atletika Federasiyasının baş məşqçisi Məhərrəm Sultanzadə, Nazim Babayevin məşqçisi Ziyad Xəlfəyev çıxış etdilər. Mətbuat konfransının sonunda jurnalistlərin sualları cavablandırıldı.









Bu yazı

16725 dəfə oxunub

Tarix

2015-08-05 15:15:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev