IAAF-ın yeni prezidenti seçilib​




Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) yeni prezidenti seçilib. Seçkilər bu gün Çinin Pekin şəhərində keçirilən 50-ci konqresdə baş tutub.
IAAF-a rəhbərlik etmək üçün 2 namizəd mübarizə aparıb. 6-cı prezidentlik seçimində Sergey Bubka 92, Sebastyan Koe isə 115 üzvün etimadını qazanıb.
Səsvermədən sonra yeni rəhbər seçilən S.Koe ona olan etimatdan qürur duyduğunu və bu vəzifədə daha çox iş görmək istədiyini bildirib.
IAAF-ın yeni prezidenti avqustun 31-dən vəzifəsinin icrasına başlayacaq.



Bu yazı

17907 dəfə oxunub

Tarix

2015-08-19 12:02:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev