Taksidə gedişhaqqı əvəzinə qızıl medalını verdi


Çəkicatma üzrə 2015-ci ilin dünya çempionu Pavel Faydek taksidə gedişhaqqı əvəzinə öz medalını verib.
Hadisə Pekində baş verib və taksi sürücüsü idmançının medalını hüquq mühafizə orqanlarına təhvil verib. Taksi sürücüsünün sözlərinə görə, Faydek taksiyə oturarkən içkili olub.
Qeyd edək ki, avqustun 22-dən 30-na kimi Çinin paytaxtında yüngül atletika üzrə yarışlar keçirilib. Faydek avqustun 23-də gürz atıcılığı üzrə yarışda iştirak edərək qızıl medala layiq görülüb. O, qızıl medalının itdiyini yalnız bir gündən sonra dərk edib. Faydek dərhal polisə müraciət edərək onu harada itirdiyini xatırlamadığını deyib.
26 yaşlı Faydek gürz atıcılığı üzrə ikiqat dünya çempionu və Avropa çempionatının gümüş mükafatçısıdır.


Bu yazı

18392 dəfə oxunub

Tarix

2015-09-01 11:09:42

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev