FİDE-nin prezidenti Bakıya gəlib



Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşləri davam edir.
Bu gün final mərhələsinin dördüncü günündə Pyotr Svidler qara fiqurlarla Sergey Karyakinə qarşı mübarizə aparır. Üç görüşdən sonra hesab Svidlerin xeyrinədir - 2-1. Görüşdə Karyakin qalib gələrsə, Rusiya şahmatçıları Dünya Kubokunun sahibini tay-brekdə müəyyənləşdirəcəklər.
FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kubokunun finalına baxmaq üçün bu gün Bakıya gəlib. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və FİDE-nin rəhbəri finalçılarla görüşərək onlara uğurlar arzulayıb. Yarış zalı, mətbuat otağıyla tanış olan Kirsan İlyumjinov yaradılan şəraiti yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.
Gənclər və İdman Naziri Azad Rəhimov, FİDE prezidenti Kirsan İlyumjinov, eləcə də Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov görüş keçiriblər.



Bu yazı

8492 dəfə oxunub

Tarix

2015-10-04 20:18:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev