Putin ad günündə hokkey oynayıb




Rusiya prezidenti Vladimir Putin öz ad günündə Soçidəki "Şayba" arenasında buz üzərinə çıxıb. V.Putin həmin arenada məşhur hokkeyçilər və Gecə Hokkeyi Liqası iştirakçıları arasındakı görüşdə iştirak edib.
Prezident 11 nömrəli forma ilə çıxış edib. Azarkeşlər tribunadan "Ad günün mübarək" deyə qışqırıblar. Dövlət başçısı "NHL ulduzları" komandasında çıxış edir.
Qeyd edək ki, Gecə Hokkeyi Liqası 2011-ci ilin dekabrında Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Rusiya prezidenti liqanın qala-matçlarında dəfələrlə iştirak edib.




Bu yazı

16342 dəfə oxunub

Tarix

2015-10-08 17:54:12

Yazını

Çap et

Yazını

Paylaş