MDB dövlətlərinin idman festivalında uğurlu nəticə


Rusiya Federasiyasının Ulyanovsk şəhərində MDB dövlətlərinin beynəlxalq məktəblilərin idman festivalı keçirilib.
Festivalda Rusiya, Moldova, Belarus və Azərbaycan stolüstü tennisçiləri iştirak ediblər. Turnir komanda, şəxsi, qoşa və qarışıq qoşa dərəcələri üzrə təşkil olunub. Komanda yarışlarında idmançılarımız "Rusiya-2” və Moldova təmsilçilərinə qalib gələrək üçüncü yeri tutublar. Şəxsi yarışlarda yığmamızın üzvü Sadıx Sadiqov ikinci yerin sahibi olub. Oğlanlar arasında qoşa yarışlarda da idmançılarımız mükafatçılar sırasına düşüblər. Belə ki, Sadıx Sadiqov və Mətin Həsənzadə cütlüyü turniri ikinci pillədə başa vurub. Qızların yarışında isə Fatimə Məmmədli və Fatma Məmmədli cütlüyü üçüncü yeri tutub.


Bu yazı

9234 dəfə oxunub

Tarix

2015-10-09 10:09:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev