Millimizn yeni üzvü Maltada mükafat qazana bilər



Maltada şahmat üzrə beynəlxalq dairəvi turnir keçirilir. Yarışda ölkəmizlə yanaşı, Rusiya, İngiltərə, Macarıstan, Çin Almaniya, İsveçrə, ABŞ və Fransadan 9 beynəlxalq qrossmeyster və 1 beynəlxalq usta qələbə uğurunda mübarəzə aparır. Turnirdə ölkəmizi Arkadi Naydiç təmsil edir. Yarışın reqlamentinə əsasən rəqiblərin hər partiyasına 90 dəqiqə və üstəlik hər gediş üçün əlavə 30 saniyə vaxt verilir.
Beynəlxalq şahmat turnirində artıq 7-ci turun oyunlarına yekun vurulub. Azərbaycan şahmatçısı Arkadi Naydiç uğurlu çıxışını davam etdirir. Təmsilçimiz bu turda Fransa şahmatçısı Nino Maysuradzeni məğlub edib. Hazırda hesabında 5 xal olan şahmatçımız turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə isə ingiltərəli Naycel Şort və Macarıstan təmsilçisi Ricard Rapport 6 xal toplayaraq liderlik edirlər.


Bu yazı

8432 dəfə oxunub

Tarix

2015-10-23 10:39:18

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev