Atletimiz dünya çempionatında iki dünya rekordu müəyyənləşdirib




Azərbaycan təmsilçisi Boyanka Kostova Hyustonda (ABŞ) keçirilən ağır atletika üzrə dünya çempionatında 3 qızıl medal qazanıb.
Turnirdə 58 kq çəki dərəcəsində çıxış edən B.Kostova 37 idmançı arasında qələbə qazanıb. İki hərəkətin yekununda idmançımız 252 kq-lıq çəkini qaldıraraq dünya rekordu müəyyənləşdirib. İdmançımız birdən qaldırmada 112 (bundan əvvəlki göstərici 111 kq), təkanla qaldırmada 140 kq nəticə göstərib. B.Kostova ikinci yeri tutan Çin idmançısı Menqronq Denqi 7 kq qabaqlayıb. Beləliklə, idmançımız birdən qaldırma və hər iki hərəkətin cəmi üzrə göstərdiyi nəticə ilə iki dünya rekorduna nail olub.
Bu çəki dərəcəsində əvvəlki dünya rekordunu 2006-ci ilin dekabrında Qətərin paytaxtı Dohada keçirilən Asiya Oyunlarında çinli Çen Yanıtsin müəyyən edib.
Hyustonda keçirilən dünya çempionatında B.Kostova ümumilikdə üç qızıl medal qazanıb. İdmançımız birdən qaldırma (112 kq), təkanla qaldırma (140 kq) və hər iki hərəkətin cəmi üzrə bu medallara sahib olub. Bu, Azərbaycan yığmasının qadınlar arasında ağır atletika üzrə dünya çempionatları tarixində ilk qızıl medalıdır.
Hyustonda keçirilən dünya çempionatında kişilərin mübarizəsində isə Azərbaycan təmsilçisi Valentin Xristov (62 kq) bürünc medala layiq görülüb.




Bu yazı

17281 dəfə oxunub

Tarix

2015-11-25 10:18:54

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev