Həmyerlimiz Qazaxıstanın 10 ən yaxşı idmançısından biridir




Qazaxıstanın nüfuzlu "Kazinform" agentliyi 2015-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.
İlin ən yaxşı idmançısı nominasiyasında azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov ilk onluqda yer alıb.
N.Rəhimov 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında Qazaxıstan yığmasına 77 kq çəki dərəcəsində ilk qızıl medalı qazandırıb. O, agentliyin siyahısında 9-cu pillədə qərarlaşıb. "10-luğ"a daha 3 ağırlıqqaldıran - ikiqat Olimpiya çempionu İlya İlyin, dünya çempionatının 69 kq çəki dərəcəsində gümüş mükafatçısı Jazira Japarkul və 105 kq çəkidə dünya çempionu Aleksandr Zayçikov da düşüb. İlyin 1-ci, Japarkul 8-ci, Zayçikov 10-cu pillədə yer alıb.
Qalan 6 ən yaxşı idmançı peşəkar boksçu Gennadi Qolovkin, boksçu Kanat İslam, cüdoçu Yeldos Smetov, fiqurlu konkisürənlər Denis Tenlə Elizabet Tursınbayeva və xizəksürən Janbota Aldabergenova olub.
Qeyd edək ki, Nicat Rəhimov əvvəllər Azərbaycan millisində çıxış edib. O, yağmanın heyətində 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi olub.




Bu yazı

17028 dəfə oxunub

Tarix

2016-01-02 22:04:24

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev