Kikboksinq üzrə XXII Azərbaycan çempionatı keçiriləcək




Fevral 15-17-də kikboksinq üzrə "Narkomaniya və uşaq cinayətkarlığına qarşı” adı altında XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi keçiriləcək.
Çempionatın təşkili bu il keçiriləcək dünya, Avropa çempionatlarında, beynəlxalq və peşəkarlar arasında turnirlərdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirmək məqsədi daşıyır.
XXII Azərbaycan çempionatının qalibləri fevralın 15-də müəyyənləşəcək, kadetlər arasında birincilik isə fevralın 16-dan 17-dək davam edəcək.



Bu yazı

15755 dəfə oxunub

Tarix

2016-01-11 10:54:44

Yazını

Çap et

Yazını

Paylaş