Atletika üzrə Bakı çempionatı keçiriləcək



Yanvarın 22-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2001-2002-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə paytaxt çempionatına start veriləcək.

Nərimanov rayonundakı Respublika Olimpiya Mərkəzində birincilik uğrunda müxtəlif klubları təmsil edən atletlər mübarizə aparacaqlar.
Çempionatda idmançılar müxtəlif məsafələrə qaçış, uzunluğa, üçtəkanla, şüvüllə və hündürlüyə tullanma, nüvə itələmə yarışlarında güclərini sınayacaqlar.
Yanvarın 23-dək davam edəcək yarışlarda ilk üç yeri tutan idmançılara müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunacaq.






Bu yazı

15388 dəfə oxunub

Tarix

2016-01-17 21:32:41

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev