“Tata Stell Chess-2016” beynəlxalq şahmat festivalı davam edir


Hollandiyanın Veyk-an-Zee şəhərindən keçirilən ənənəvi "Tata Steel Chess-2016” beynəlxalq şahmat festivalı davam edir. 78-ci dəfə təşkil olunan turnirdə 14 qrossmeyster qalib adı uğrunda mübarizə aparır. 2016-cı ilin ilk nüfuzlu yarışının A qrupunda həmyerlimiz Şəhriyar Məmmədyarov da iştirak edir. Turnirdə Şəhriyar Məmmədyarovla yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç), Bakıda keçirilən 2015-ci il Dünya kubokunun sahibi Sergey Karyakin (Rusiya), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Dinq Lijyen, Vey Yi, Yifan Hou (hamısı Çin), Aniş Qiri, Lyük van Veli (hər ikisi Hollandiya), Maykl Adams (İngiltərə), Pavel Elyanov (Ukrayna), Yevgeni Tomaşevski (Rusiya) və David Navara (Çexiya) mübarizə aparırlar.

Festivalın B turnirində isə həmyerlilərimiz Eltac Səfərli və Nicat Abasovla yanaşı, D.Nisipyanu (Almaniya), B.Adhiban (Hindistan), A.Dreev, M.Antipov (hər ikisi Rusiya), E.Lami, B.Bok, Y.Van Forest, M.Admiral, A.Hast (hamısı Hollandiya), S.Sevyan (ABŞ), Çzyuy Vençzyun (Çin) və N.Baciaşvili (Gürcüstan) mübarizə aparırlar. Yarışın qaydalarına görə iştirakçıları iki səyyar tur gözləyir: birinci tur Amsterdamda NEMO elmi muzeyində, ikincisi isə Utrext dəmiryolu muzeyində keçiriləcək. Artıq yarışda iki tur geridə qalıb. A qrupundakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ilk qarşılaşmasında yerli qrossmeyster Lyük van Veli ilə üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan təmsilçimiz gərgin keçən partiyada heç-heçə oynayıb. Turun digər oyununda çinli şahmatçı Dinq Lijyen ingiltərəli Maykl Adamsa qalib gəlib. Dünya çempionu Maqnus Karlsen isə David Navaro ilə "sülhə” razılaşıb. Turnirin reytinqə görə ikinci ən güclü şahmatçısı hesab olunan Aniş Qiri isə Uesli Souya uduzub. Ötən il Bakıda keçirilən Dünya kubokunun sahibi Sergey Karyakin Yifan Hou ilə heç-heçəyə razılaşıb. Fabiano Karuana isə Pavel Elyanovdan üstün olub. Yarışın ikinci günündə Şəhriyar Məmmədyarov rusiyalı zəka sahibi Yevgeni Tomaşevski ilə oynayıb. Ağ fiqurlarla mübarizə aparan qrossmeysterimiz bu dəfə də heç-heçə edib. Turun digər 6 qarşılaşması da "sülhlə” başa çatıb.
İki turdan sonra Fabiano Karuana, Uesli So və Dinq Lijyen 1,5 xalla birinci, üçüncü yerləri bölüşürlər. Şəxsi göstəricilərə görə Fabiano Karuana birinci yeri tutur. Uesli So ikinci, Dinq Lijyen isə üçüncüdür. Şəhriyar Məmmədyarov da daxil olmaqla, 8 şahmatçınnı aktivində 1 xal var. Şahmatçımız bu nəticə ilə 3-11-ci yerləri bölüşdürür. Təmsilçimiz əlavə göstəricilərə görə 7-ci sırada yer alıb. Digər üç şahmatçının aktivində isə yarım xal var.
Turnirin B qrupunda mübarizə aparan Eltac Səfərli 1,5 xal toplayaraq 4-cü pillədə qərarlaşıb. Aktivində yarım xal olan Nicat Abbasov isə 12-ci pillədədir.
Məlumat üçün qeyd edək ki, dairəvi sistem üzrə keçirilən şahmat festivalı yanvarın 31-dək davam edəcək.

"Tata Steel Chess-2016” beynəlxalq şahmat festivalı

1-ci tur

Yifan Hou (Çin, 2673) - Sergey Karyakin (Rusiya, 2769) - 0,5:0,5
Uesli So (Çin, 2755) - Aniş Qiri (Hollandiya, 2784) - 1:0
Dinq Lijyen (Çin, 2766) - Maykl Adams (İngiltərə, 2744) - 1:0
David Navara (Çexiya, 2730) - Maqnus Karlsen (Norveç, 2844) - 0,5:0,5
Fabiano Karuana (ABŞ, 2787) - Pavel Elyanov (Ukrayna, 2760) - 1:0
Vey Yi (Çin, 2706) - Yevgeni Tomaşevski (Rusiya, 2728) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - Lyük van Veli (Hollandiya, 2640) - 0,5:0,5


2-ci tur

Sergey Karyakin (Rusiya, 2769) - Lyük van Veli (Hollandiya, 2640) - 0,5:0,5
Yevgeni Tomaşevski (Rusiya, 2728) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - 0,5:0,5
Pavel Elyanov (Ukrayna, 2760) - Vey Yi (Çin, 2706) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2844) - Fabiano Karuana (ABŞ, 2787) - 0,5:0,5
Maykl Adams (İngiltərə, 2744) - David Navara (Çexiya, 2730) - 0,5:0,5
Aniş Qiri (Hollandiya, 2784) - Dinq Lijyen (Çin, 2766) - 0,5:0,5
Yifan Hou (Çin, 2673) - Uesli So (Çin, 2755) - 0,5:0,5



Bu yazı

8792 dəfə oxunub

Tarix

2016-01-19 11:18:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev