Atletika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib




Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Olimpiya Mərkəzində 2001-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında atletika üzrə Bakı birinciliyi keçirilib.
Birincilikdə 6 klubdan 110 atlet mübarizə aparıb.
Qızlar arasında Fəxriyyə Tağızadə 60, Yelena Pextireva 300, Sara Kərimova isə 1000 metr məsafəyə qaçış yarışlarında birinci olub. Nüvəitələmə yarışlarında Fatimə Musayeva, uzunluğa tullanmada isə Yelena Pextireva qızıl medal qazanıblar. Estafet qaçışında isə BTİ komandası birinci pillədə qərarlaşıb.
Oğlanların mübarizəsində 60 metr məsafəyə qaçış yarışlarında Riyad Quluzadə fərqlənib. Orxan Ələkbərov 400, Sərvər Yılmaz isə 600 və 1000 metr məsafəyə qaçış yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nüvəitələmə yarışlarında Elnur Hacıyev, üçtəkənla tullanmada Rüstəm Məmmədov, uzunluğa tullanmada Sahib Əliyev qızıl medal qazanıblar. Oğlanların estafet qaçışı yarışında da BTİ komandası birinci olub.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.






Bu yazı

17524 dəfə oxunub

Tarix

2016-01-27 14:42:38

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev