Ölmüş idmançıları cəzalandırdılar





Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) hazırda həyatda olmayan iki rusiyalı idmançını yarışlardan kənarlaşdırıb.

Xarici mətbuatın yazdığına görə, diskvalifikasiyalılar siyahısına yeniyetmələr arasında Rusiya birinciliyinin dəfələrlə qalibi və mükafatçısı Qriqori Generalovla ölkə birinciliyinin mükafatçısı Aleksey Çistov da düşüb.

Generalov 1996-cı ildə intihar edib, Çistov isə 2 il öncə avtomobil qəzasında dünyasını dəyişib. Hər iki mərhum idmançı dopinq qəbulunda günahlandırılıb.
2015-ci il noyabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin müstəqil komissiyası antidopinq qaydalarının sistematik pozulmasına dair məruzə dərc edib. Həmin sənəddə rusiyalı atletlər ittiham olunublar. Bundan 4 gün sonra İAAF Şurası Rusiyanın təşkilatdakı üzvlüyünü qeyri-müəyyən müddətədək dayandırıb. Ardından qurum Ümumrusiya Yüngül Atletika Federasiyasındakı islahatları qiymətləndirəcək Təftiş Komissiyasının yaradıldığını açıqlayıb. İlkin nəticələr martın əvvəllərində Şuranın Böyük Britaniyada keçiriləcək iclasında açıqlanacaq. Rusiyalı idmançılar hələlik beynəlxalq yarışlarda, o cümlədən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edə bilməzlər.



Bu yazı

15493 dəfə oxunub

Tarix

2016-01-28 15:26:38

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev