Qeyri - adi cəza

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) hazırda həyatda olmayan iki rusiyalı idmançını yarışlardan kənarlaşdırıb. Olimpnews.az saytının məlumatına görə, assosiasiyanın yaydığı xəbərə görə, diskvalifikasiyalılar siyahısına yeniyetmələr arasında Rusiya birinciliyinin dəfələrlə qalib və mükafatçısı Qriqori Generalovla ölkə birinciliyinin mükafatçısı Aleksey Çistov da düşüb.

Maraqlıdır ki, Generalov 1996-cı ildə intihar edib, Çistov isə 2 il əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Hər iki mərhum idmançı dopinq qəbulunda günahlandırılıb və İAAF tərəfindən qeyri-adi cəzaya məruz qalıb.

Xatırladaq ki, 2015-ci il noyabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) müstəqil komissiyası antidopinq qaydalarının sistematik pozulmasına dair məruzə dərc edib. Həmin sənəddə rusiyalı atletlər ittiham olunublar. Bundan 4 gün sonra İAAF Şurası Rusiyanın bu təşkilatdakı üzvlüyünü qeyri-müəyyən müddətədək dayandırıb. Daha sonra İAAF Ümumrusiya Yüngül Atletika Federasiyasındakı islahatları qiymətləndirəcək Təftiş Komissiyasının yaradıldığını açıqlayıb. İlkin nəticələr martın əvvəllərində Şuranın Böyük Britaniyada keçiriləcək iclasında açıqlanacaq. İlkin versiyalara görə, rusiyalı idmançılar beynəlxalq yarışlarda, o cümlədən Rio-2016 Yay Olimpiya Oyunlarında çıxış edə bilməzlər.


Bu yazı

20637 dəfə oxunub

Tarix

2016-02-02 15:08:53

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev