Ölkə çempionatı başa çatdı


Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçirildi. Olimpnews.az saytının məlumatına görə, Bakı, Sumqayıt şəhərlərini və Astara rayonunu təmsil edən 130 idmançı müxtəlif növlər üzrə yarışdılar.

Çempionatın birinci günündə qadınlar arasında nüvəitələmə yarışlarında Fatimə Musayeva bütün rəqiblərini üstələyərək birinci oldu. Kişilər arasında isə Tofiq Məmmədov birinci yeri tutdu. Qadınlar arasında 1500 metr məsafəyə qaçışda Aidə Hacıyeva fərqləndi. Bu idmançı ən yüksək nəticə göstərərək birinci pilləyə qalxdı. Eyni məsafəyə qaçış üzrə kişilər arasında Andrey Ananoviç I yerə layiq görüldü. 400 metr məsafəyə qaçış üzrə isə qadınlar arasında Adilə Məmmədova, kişilər arasında Arif Abbasov birinci oldular. 60 və 200 metr məsafə üzrə qaçışda birinci yeri Yelena Pextireva qazandı. Kişilər arasında 60 metr məsafə üzrə yarış Rahib Məmmədovun qələbəsi ilə başa çatdı. Üçtəkanla tullanma növü üzrə yarışan qadın atletlər arasında Yekaterina Sarıyeva fərqləndi. O, bütün rəqiblərini üstələyərək birinci yerə layiq görüldü. Kişilərin mübarizəsində isə Yadulla İbrahimov birinci oldu.

Çempionatın ikinci günündə qadınlar arasında keçirilən hündürlüyə tullanma yarışlarında Olqa Lyudmina birinci pilləyə sahib çıxdı. Kişilər arasında isə Azər Əhmədov birinci oldu. Çempionatda şüvüllə tullanma üzrə mübarizə aparan Şimşək Əlizadə bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutdu. Qadınlar arasında təşkil olunan uzunluğa tullanma yarışlarında Yekaterina Sarıyeva I yerə çıxdı. Kişilər arasında isə Eyyub Bayramov birinci oldu. 800 metr məsafəyə qaçışda güclərini sınayan Günel Vəliyeva və Hakim İbrahimov ən yüksək pillədə qərarlaşdılar.

Kişilər arsında Kamran Əsgərov 200 metr məsafəyə qaçış, Andrey Ananoviç isə 300 metr məsfəyə qaçış yarışlarında birinci oldular.

Kişilər arasında keçirilən estafet yarışlarında (4x200m) "Təhsil” Respublika İdman Mərkəzinin komandası I yerə layiq görüldü.


Bu yazı

23111 dəfə oxunub

Tarix

2016-02-09 15:45:15

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev