SOCAR və Beynəlxalq Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb


SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb. Olimpnews.az saytının məlumatına görə, müqaviləni Macarıstanın paytaxtı Budapeştdə SOCAR və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer imzalayıblar.

Saziş 4 il müddətinə nəzərdə tutulub.

İmzalanma mərasiminin ardından Marius Vizer bildirib ki, bu tərəfdaşlıq cüdonun bütün dünyada təşəkkül tapması üçün mühüm addımdır: "Bizim üçün də belə bir müqaviləni ən məşhur şirkətlərdən biri ilə imzalamağımız çox əlverişli imkandır. SOCAR-la tərəfdaşlıq idman sahəsində bir çox layihələrimizin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

Rövnəq Abdullayev isə idmanın inkişafına verilən töhfəni belə bir mühüm müqavilənin imzalanmasında öz əksini tapdğını bildirib. "SOCAR futbola, şahmata və cüdoya Azərbaycanda və ölkədən kənarda davamlı dəstək göstərilməsi ilə daima seçilir. Beynəlxalq Cüdo Federasiyası ilə tərəfdaşlığımızı gələcək nəsillərə yatırdığımız mənalı sərmayə kimi qiymətləndiririk”, - deyə Rövnəq Abdullayev qeyd edib.




Bu yazı

16638 dəfə oxunub

Tarix

2016-02-16 11:24:18

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev