Yüngül atletika üzrə Azərbaycan çempionatına yekun vurulub



Fevralın 20-də yüngül atletika üzrə Azərbaycan çempionatı başa çatıb.
Respublika Olimpiya Mərkəzində keçirilən çempionatın sonuncu günü 88 atlet dörd hərəkətdə yarışıb.

Yarışda 300 metr və 1000 metr məsafələrə qaçışda 1-ci yeri Nika Məmmədova və Ələkbər Əzizov, habelə Gülay Xəlilova və Sərvər Yılmaz tutublar.
Uzunluğa tullanma yarışlarında Rəşidə Hüseynova və Sahib Əliyev fərqlənib. Qızlar arasında 4x200 metr məsafəyə estafet qaçışında ilk pilləyə Elmira Şaxmalıyeva, Radmila Quliyeva, Ləman və Əfsanə Hüseynovalar yüksəliblər. Kamran Abdullayev, Orxan Ələkbərov, Tural Məmmədov və Teymur Salahzadə isə oğlanlar arasında eyni məsafəyə estafet qaçışının qalibi olublar.

İlk üç yeri tutan idmançılar diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Xatırladaq ki, çempionat Bakı, Balakən, Neftçala və Sumqayıtdan olan 2001-2002-ci il təvəllüdlü oğlan və qızlardan ibarət 10 komandanın iştirakı ilə keçirilib.



Bu yazı

18036 dəfə oxunub

Tarix

2016-02-21 10:08:28

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev