Beynəlxalq İdman Dırmanması Federasiyasının Avropa Komissiyasının Prezidenti Bakıda işgüzar səfərdədir




Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) Avropa Komissiyasının Prezidenti Volfgang Vabel aperin 23-də Bakıya işgüzar səfərə gəlib. V. Vabelin səfərində əsas məqsəd 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına idman dırmanması növünün salınması ilə bağlıdır. Səfər çərçivəsində İFSC-nin Avropa Komissiyasının prezidenti Azərbaycan Milli Olimpiya Komitəsində, Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirəcək, eyni zamanda FAİREX-in fəalları ilə görüşəcək. Qeyd edək ki, qonaq ilk təəssüratında İFSC-nin fəaliyyəti, planları haqqında məlumat verib, Azərbaycanda bu idman növünə göstərilən diqqət və qayğıdan məmnun olduğunu bilidirib. Həmçinin o, FAİREX-in 2010-cu ilin əvvəlində İFSC-yə üzv olduğunu və bu qısa müddət ərzində FARİEX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının beynəlxalq federasiyanın diqqətini cəlb etdiyini bildirib. Səfər zamanı Avropa qurumunun nümayəndəsi Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş «Climbaku» İdman Dırmanması Mərkəzi və federasiyanın idman qurğuları ilə tanış olacaq. Qeyd edək ki, bu səfər həmçinin iyul ayında Bakıda keçiriləcək idman dırmanması üzrə dünya kuboku yarışına hazırlıq məqsədi daşıyır.

Aysel





Bu yazı

8173 dəfə oxunub

Tarix

2013-04-24 17:35:54

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev