Güləşçimiz Sabah Şəriəti Rio-2016-da bürünc medal qazanıb - FOTOLAR + VİDEO


Rio-de Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Sabah Şəriəti bürünc medal qazanıb.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, mübarizəyə 1/8 final mərhələsindən qoşulan Sabah Şəriəti ilk görüşündə ABŞ idmançısı David Timoti Robert Smitdən üstün olub.

1/4 final mərhələsində isə güləşçimiz dünya və Avropa çempionu, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi, London-2012-nin bürünc mükafatçısı türkiyəli Rza Kayaalpa məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Belə ki, Sabah Şəriəti Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gələrək bürünc medal uğrunda güləşməyə nail olub. Almaniya idmançısı Eduard Poppa da qalib gələn Sabah Şəriəti Rio-2016-nın bürünc medalına sahib olub və Azərbaycana növbəti medalı qazandırıb.

























Murad Fərzəliyev,
Fotolar, video müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir




Bu yazı

9161 dəfə oxunub

Tarix

2016-08-16 08:15:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev