Dördnövçülük yarışları başa çatıb



Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən XXV spartakiadanın proqramına daxıl olan dördnövçülük (qızlar və oğlanlar arasında) növü üzrə yarış başa çatıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən 1998-99-cu il təvəllüdlü qızlar arasında dördnövçülük yarışında I yeri Nərimanov rayon komandası tutub. II yerə Sabunçu, III yerə isə Xəzər rayon komandaları layiq görülüb. 
1998-99-cu il təvəllüdlü oğlanlar arasında dördnövçülük yarışında I yeri Xəzər rayonu 26 saylı, II yeri Sabunçu rayonu 80 saylı, III yeri Nərimanov rayonu 57 saylı tam orta məktəbin komandaları tutub.





Bu yazı

8732 dəfə oxunub

Tarix

2013-04-29 13:54:19

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev