Olimpiadadan qayıdan idmançılar həbs edildilər




Zimbabvenin Rio-2016 Olimpiya Oyunlarında iştirak edən komandasının bütün üzvləri həbs edilib.
Türkiyə mətbuatının yazdığına görə, 31 idmançı Zimbabve prezidenti Robert Muqabenin qəzəbinə tuş gəlib.

R. Muqabenin qəzəblənməsinə səbəb idmançıların Rio-2016 Olimpiadasında heç bir medal qazana bilməmələri olub. 

Zimbabve prezidenti onları atlet yox, siçan adlandırıb: "Əgər qonşu Botsvana idmançıları kimi 4-cü, 5-ci yeri belə tuta bilmirsinizsə, pulumuzu boş yerə xərcləmisiniz. İdmançılara sərf edilən pula məktəb tikmək, yaxud əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün idi. Həmin idmançılar onlara xərclənən pulları geri qaytaracaqlar. Belə hesab edək ki, hökumət onlara Braziliyanı 1 turist kimi gəzmək üçün kredit ayırdı. Hər halda, o, idmançılar bundan başqa heç nəyə yaramadılar. Bu proses 10 il də davam etsə, o idmançılar xərclənmiş pulu geri qaytaracaqlar”.

Qeyd edək ki, Zimbabve atletlərinin ən yaxşı nəticəsi 8-ci yer olub.




Bu yazı

11952 dəfə oxunub

Tarix

2016-08-29 11:45:21

Yazını

Çap et

Yazını

Paylaş