Yalan ifadənin sonu




ABŞ üzgüçüsü Rayan Loxte 9 ay müddətinə yarışlardan kənarlaşdırılıb. Bu cəza həm də onun komanda yoldaşları Hunnar Bents, Cek Konger və Ceyns Feygenə də şamil edilib, amma az müddətə.

"Olimpnews.az" xəbər verir ki, beləliklə, 32 yaşlı Rayan Loxte 2017-ci ildə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. Adıçəkilən idmançı bundan əvvəl Rio-2016 Yay Olimpiya Oyunlarında üzgüçülük üzrə ABŞ millisinin 3 idmançısının ona hücum etməsi barədə yalan məlumat verib.

Məlumat üçün bildirək ki, ABŞ Milli Olimpiya Komitəsi avqustun 14-də dörd üzgüçüsünün Rio-de-Janeyroda qarət olunması barədə məlumat yaymışdı. Məlumata görə, Bentc, Konger, Loxte və Feygen əyləncə mərkəzində istirahət etdikdən sonra taksi ilə Olimpiya kəndinə yollanıblar. Yolda guya onlara özlərini polis kimi təqdim edən silahlı adamlar tərəfindən basqın edilib və idmançılar qarət olunub.

Sonra məlum olub ki, idmançılar qarət olunmayıb, yanacaqdoldurma məntəqəsinə ziyan vurduqları üçün cərimə olunublar. Rio-de-Janeyro polisi yalan ifadə verdiklərinə adıçəkilən idmançılara qarşı iddia qaldırıb. ABŞ MOK, ABŞ Üzgüçülük Assosasiyası və idmançılat baş verənlər üçün üzr istəyiblər.



Bu yazı

14129 dəfə oxunub

Tarix

2016-09-08 12:15:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook