Nazirlik rəsmisi Azərbaycana təşəkkür edib


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfinin Rusiya paralimpiyaçılarından alınmış lisenziyalardan imtina etməsini şərh edib.

Olimpnews.az saytının məlumatına görə, Rusiya XİN rəsmisi dünən keçirdiyi brifinqdə Azərbaycan tərəfinə bu addımı atdığına görə təşəkkürünü bildirib: "Azərbaycanlı həmkarlarımız Rusiya paralimpiyaçılarının üzləşdiyi problemi, onlara olan münasibəti yaxşı anlayırlar. Ona görə də, bizim paralimpiyaçıları dəstəkləyən hər kəsə, şəxsən Azərbaycandan olan həmkarlarımıza təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan tərəfindən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib. Azərbaycan tərəfi 3 lisenziyadan rəsmən imtina edib.



Bu yazı

11809 dəfə oxunub

Tarix

2016-09-09 16:20:22

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook