BP şirkəti Milli Olimpiya Komitəsinə təbrik məktubu ünvanlayıb




Avqustun 5-21-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları ölkəmiz üçün uğurlu oldu. Dünyanın 207 ölkəsindən 10 500 idmançının iştirak etdiyi mötəbər idman yarışında atletlərimiz tarix yazdılar. Belə ki, Rio-2016 Olimpiadasında 17 idman növü üzrə 56 idmançı ilə təmsil olunan Azərbaycan Olimpiya yığması 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla medalçılar siyahısında 39-cu sırada qərarlaşdı. Medal sayına görə ölkəmiz Yeni Zelandiya ilə birlikdə 14-15-ci yerləri bölüşdürdü. Beləliklə, Azərbaycan Avropa ölkələri arasında 7-ci, keçmiş sovet respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında 1-ci yeri tutdu.

Azərbaycan idmançılarının bu möhtəşəm uğuru ilə bağlı BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə prezidenti cənab Qordon Birelli Azərbaycan Milli Olimpiya Komitəsinə təbrik məktubu ünvanlayıb. Cənab Qordon Birelli rəhbərlik etdiyi təşkilatın Azərbaycan Milli Olimpiya Komitəsi və Paralimpiya Komitəsi ilə tərəfdaşlığından məmnun qaldığını və Azərbaycan idmançılarının XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarında uğurlu nəticələrindən qürur duyduğunu bildirib.

Məktubda deyilir ki, Azərbaycanı əhalisinin sayı və ümumi daxili məhsulun həcminə görə ilk onluqda yer alan bir ölkə kimi Rio-2016 Olimpiadasında medal qazanan ölkələrin siyahısında 39-cu pillədə görmək çox fərəhləndiricidir. Belə ki, olimpiadaya lisenziya qazanan 56 idmançıdan 18-i vətənə medalla qayıdıb. Nəticələrə görə, Azərbaycan Avropa ölkələri arasında 7-ci, keçmiş sovet respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında 1-ci yeri tutub. Bp şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə prezidenti əldə olunan tarixi qələbənin vahid komanda işinin - ölkə rəhbərinin idman və Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğısının, eləcə də idman federasiyalarının möhkəm iş birliyinin nəticəsi kimi qiymətləndirib.

Cənab Qordon Birelli məktubun sonunda Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq və gələcək idman yarışlarında uğurlar arzulayıb.





Bu yazı

22243 dəfə oxunub

Tarix

2016-09-29 10:08:26

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev