Fəlakət zonasında yarışlar keçiriləcək


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Yaponiyanın baş naziri Sindzo Abe ilə fikir mübadiləsi aparıb.

Olimpnews.az saytının məlumatına görə, tərəflər Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində fəlakətdən zərər çəkən zonalarda yarışların təşkil edilməsinin mümkünlüyünü müzakirə ediblər.

Bundan əvvəl məlumat yayılmışdı ki, beysbol və softbol yarışları məhz Fukusimada keçiriləcək. Xatırladaq ki, 2011-ci ildə burada yerləşən Atom Elektrik Stansiyasında (AES) qəza baş verib.

"Biz fəlakətdən zərər çəkmiş zonada yarışların keçirilməsinin mümkünlüyünü müzakirə etdik. Bu addım əslində, həmin ərazinin bərpasına və eləcə də insanlalarda ümid yaranmasına kömək etmiş olardı. Biz müxtəlif variantlar haqqında danışdıq”, - deyə BOK prezidenti bildirib.


Bu yazı

24000 dəfə oxunub

Tarix

2016-10-24 14:25:35

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev