Hemofiliyalı xəstələr Respublika Velotrekində qonaq oldular




Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı xəstələr və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub. 
"Olimpnews.az” xəbər verir ki,qonaqlara Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verilib.

Komplekslə tanışlıqdan sonra tədbir dəyirmi masa ətrafında davam edib. "Ladies on Bikes" həvəskarlar klubunun rəhbəri Nur Axundlu velosiped sürməyin insan orqanizminə faydaları və velosipeddən düzgün istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib, peşəkar idmançılar tərəfindən əyani vəsaitlər vasitəsilə velosiped idmanının incəlikləri izah edilib. Görüş zamanı 2017-ci ildə hemofiliyalı pasientlər arasında ilk ümumrespublika yarışının keçirlməsi də müzakirə olunub. Həmçinin velosiped idmanına marağın artırılması məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda hemofiliyalı xəstələrin ailə üzvüləri yaradılan şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.



Bu yazı

27474 dəfə oxunub

Tarix

2016-12-02 16:27:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev