Olimpiya stadionunun inşasına başlanılıb




Yaponiya mütəxəssisləri 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları üçün nəzərdə turtulmuş əsas arenanın inşasına başlayıblar.

Tokio hakimiyyət orqanları Olimpiya stadionunun 2019-cu ilin noyabrında təhvil veriləcəyini deyirlər.
Olimpiadanın açılış və bağlanış mərasimlərinin keçiriləcəyi əsas arenanın inşası ilə bağlı yaranan qalmaqal layihənin həddən artıq baha başa gəlməsi səbəbindən yaranmışdı. Bu layihə iraq əsilli məşhur britaniyalı memar Zaha Hadidə məxsus idi.

Yaponiyalı arxitektor Kenqo Kumanın yeni layihəsi ötən il qəbul olunub. İnşaat işlərini "Taisei Corp” şirkəti yerinə yetirəcək. Zaha Hadidin layihəsi ilə müqayisədə tikintinin dəyəri 2,1 milyarddan 1,2 milyarda qədər azaldılıb. Bu, tamaşaçı tutumuna da təsir göstərib – 80 min nəfərdən 68 min nəfərə qədər.
XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Yaponiyanın Tokio şəhərində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi ilə razılaşmaya əsasən olimpiadanın büdcəsi 17,8 milyard dolları ötməyəcək.



Bu yazı

26422 dəfə oxunub

Tarix

2016-12-05 17:22:35

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev