Yelena İsinbayeva: “Ədalətə inanıram”




İkiqat Olimpiya çempionu, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü, buyaxınlarda Rusiya Antidopoinq Agentliyi Müşahidə Şurasının rəhbəri vəzifəsinə təyin olunan Yelena İsinbayeva rusiyalı idmançıların haqq səsini bütün dünyaya çatdıracığını deyib. 

"Olimpnews.az" xəbər verir ki, onun sözlərinə görə, idmançılardan heç biri başqalarının günahı ucbatından əziyyət çəkməməlidir.

"Mən bütün dünyaya sübut etmək istəyirəm ki, rusiyalı idmançıların heç bir günahı yoxdur. İki dəfə Olimpiya medalına layiq görülmüşəm və çox təəssüflənirəm ki, 3-cü medalı qazanmaq şansını əlimdən aldılar. Çox təəssüflənirəm ki, 4 il müddətində yorulmadan Olimpiya Oyunlarına hazırlaşan atletləri yarışdan kənarda qoydular və onların arzularının üstündən xətt çəkdilər. Ədalətə inanıram”, - deyə İsinbayeva bildirib.



Bu yazı

40107 dəfə oxunub

Tarix

2016-12-21 10:53:05

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev