Türkiyə ev sahibliyindən məhrum ediləcək?




Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsi yanvarın 26-da Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalına ev sahibliyi hüququnun Türkiyənin Ərzrum şəhərindən alınıb başqa ölkəyə verilməsi məsələsini müzakirə edəcək. 

"Olimpnews.az" məşhur idman portalı olan "Insidethegames”ə istinadən xəbər verir ki, AOK iclasdan öncə Türkiyə Milli Olimpiya Komitəsi və turnirin təşkilat komitəsi ilə məsləhətləşmələr aparacaq. Bundan sonra yanvarın 26-da ev sahibliyi ilə bağlı yekun qərar veriləcək.
"Gənc idmançıların təhlükəsizliyi bizim üçün çox vacibdir”, - deyə məsələyə AOK-dan münasibət bildiriblər.
Xatırladaq ki, son günlər qardaş Türkiyədə terror aktlarının sayı xeyli artıb. Yeni il gecəsində İstambulun "Reina” klubunda baş verən terror aktı nəticəsində 39 nəfər həlak olub ki, onun 19 nəfəri xarici vətəndaşdır. Ümumilikdə, 2016-cı ildə 700 nəfər terrorun qurbanı olub.
Əvvəlcə Olimpiya festivalının Bosniyanın Sarayeva şəhərində keçiriləcəyi planlaşdırılsa da, sonradan bu hüquq Türkiyənin Ərzrum şəhərinə verilib. Çünki bosniyalılar yarışı qəbul etməyə hazır olmadıqlarının bildiriblər. Əslində, Türkiyə Avropa Yeniyetmələrinin Olimpiya Festivalına 2019-cu ildə ev sahibliyi etməli idi.




Bu yazı

32194 dəfə oxunub

Tarix

2017-01-05 19:22:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev