Dörd Rusiya idmançısının üzərindən ittiham götürülüb




Adı dopinq qalmaqalında hallanan bəzi Rusiya idmançıları yanvarın 2-də etiraz edərək məlum iş üzrə məhkəməyə müraciət edəcəklərini bildiriblər. 
"Olimpnews.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar Beynəlxalq Biatlon və Skeleton Federasiyasına (IBSF) ünvanladıqları məktubda işə ədalətlə baxılmasını tələb ediblər.

Beynəlxalq federasiya isə cavabında Beynəlxalq Antidopinq Federasiyasının (WADA) müstəqil eksperti Riçard Maklarenin hesabat məruzəsinin həmin idmançıların istintaqa cəlb edilməsi üçün yetərli olduğunu bildirib. Amma federasiya onların diskvalifikasiya edilməsi üçün kifayət qədər dəlil olmadığını da qeyd edib.

Beləliklə, Soçi-2014 Olimpiadasında dopinqdən istifadə etməkdə ittiham olunan Aleksandr Tretyakov, Yelena Nikitina, Olqa Potılitsina və Mariya Orlovanın üzərindən ittiham hələlik götürülüb. IBSF Beynəlxalq Olimpiya Komitəsindən (BOK) bu məsələ ilə bağlı əlavə materiallar istəyib.




Bu yazı

30988 dəfə oxunub

Tarix

2017-01-09 15:48:48

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev